Əvəzedicilər Liqasında XXXI turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın əvəzediciləri "Neftçi"nin ikinci komandasını qəbul edib və 0:3 hesabı ilə uduzub. "Ağ-qaralar"ın heyətində Cavanşir Şahbazlı, Sənan Ağayev və Məhəmməd Məmmədli fərqlənib.
Əvəzedicilər Liqasının digər qarşılaşmalarında "Turan Tovuz" "Araz-Naxçıvan"a 2:3 hesabı ilə məğlub olub, "Sabah" isə "Səbail" üzərində 6:4 hesablı qələbə qazanıb.