Futbol üzrə Əvəzedicilər Liqasında medallar uğrunda mübarizə aparan "Turan Tovuz-2" gözlənilməz məğlubiyyətlə üzləşib.

Offsideplus.az xəbər verir ki, Nizami Ocaqverdiyevin rəhbərlik etdiyi kollektiv bu gün XXXI tur çəvçivəsində səfərdə "Araz-Naxçıvan-2" ilə görüşdə məyus olub.

Tovuzlular çox çalışsalar da, autsayderin qələbəsinə maneçilik törədə bilməyiblər - 2:3. 

Bu nəticədən sonra 3-cü pillədə qərarlaşan "Turan Tovuz-2"nin 53 xalı var. "Araz-Naxçıvan-2" xalını 27-yə çatdırmasına baxmayaraq, hələ də 9-cü yerdədir.