Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün klubu “Eyndhoven” Niderland birinci divizionunda növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda V tur çərçivəsində doğma meydanda “Den Haq”la qarşılaşıb. 

Ozanın 90 dəqiqə mübarizə apardığı görüş 1:1 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, “Eyndhoven” hazırda 9 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.