Futbol üzrə Niderland birinci divizionunda 4-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan can Kökçünün çıxış etdiyi “Eyndhoven” növbəti görüşünə çıxıb. Komanda səfərdə “Telstar”ın qonağı olub - 1:0. Yarımmüdafiəçi də bu matçın iştirakçısı olub. Oyunçu start heyətdə meydana çıxıb və 67 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Ozanın komandası 7 xalla 4-cü pillədə qərarlaşıb.