Niderlandın "Feyenoord" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Erediviziya təmsilçisi, Almaniyanın "Auqsburq" klubunun mərkəz hücumçusu Rikardo Pepini sıralarına qatmaq istəyir.

Hazırda icarə əsasında "Qroningen"də çıxış edən forvardın yayda "Feyenoord"a keçəcəyi gözlənilir.