Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland I divizionunda növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "Eyndhoven" XXXIV turda  doğma meydanda "Breda" ilə qarşılaşıb. Komanda 1:2 hesabı ilə rəqibinə uduzub. 

Meydana 78-ci dəqiqədə çıxan Ozan sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Eyndhoven” hazırda 51 xalla 20 komanda arasında 8-ci pillədə qərarlaşıb.