PSV klubunun yarımmüdafiəçisi Lyuk De Yonq Niderland millisindəki karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, bu barədə 32 yaşlı oyunçu özünün sosial şəbəkə hesablarında məlumat yayıb.

Qeyd edək ki, De Yonq 2011-ci ildən Niderland millisində çıxış edirdi. Ümumilikdə o, yığmanın heyətində 38 oyuna çıxıb, 12 qol vurub.