Niderland yığmasının futbolçusu Deyli Blind "Ayaks"dan ayrılıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, Niderland klubunun yetirməsi Blind 2008-2014 və 2018-2022-ci illərdə klubda çıxış edib. O, klubuna heyətində 333 rəsmi oyun keçirib və 13 qol vurub.