Niderland birinci divizionunda XIII turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yonq PSV” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan 2:2 hesablı heç-heçəyə razılaşıb.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 23 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.