Niderland Erediviziyasında VII turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” doğma meydanda “Roda” ilə üzləşib. Ozanın iştirakçısı olduğu matç 3:3 hesabı ilə yekunlaşıb. O, oyuna start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəzlənib.

Komandasının 3-cü qolunu məhz 63-cü dəqiqədə penaltidən Kökçü vurub.