Niderland Super Kuboku uğrunda "Ayaks" və PSV arasında baş tutacaq görüş yeniliklə əlamətdar olacaq.

Offsideplus.az xəbər verir ki, oyun ilk dəfə "TikTok"da canlı yayımlanacaq.

Qeyd edək ki, matç iyulun 30-da keçiriləcək. "Ayaks" son Niderland çempionu, PSV isə ölkə kubokunun qalibi kimi həlledici görüşdə iştirak edəcək.