"Ayaks" növbəti transferini reallaşdırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi "Leypsiq"dən Brayan Brobbini heyətinə qatıb. 20 yaşlı hücumçu ilə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, niderlandlı futbolçu 2021-ci ildə "Ayaks"dan "Leypsiq"ə transfer olunmuşdu. O, geridə qalan mövsüm Bundesliqa klubunda bütün turnirlərdə 14 oyuna çıxıb və 2 asisstlə yadda qalıb.