PSV-nin futbolçusu Devi Pröpper 30 yaşında karyerasını bitirib.
Offsideplus.az Eindhoven təmsilçisiinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi bu məsələylə bağlı bunları deyib: "Qərarımı yeni ildən əvvəl verdim və bu, məni rahat etdi. Fikrimcə, doğru seçim etmişəm".
Niderland millisində 17 oyun keçirən Pröpperin PSV ilə 1.5 illik sözləşməsi var idi.
Qeyd edək ki, o, karyerası ərzində "Vitess" və "Brayton" kimi klubların şərəfini qoruyub.