"İnter"in futbolçusu Kristian Eriksen karyerasını Niderland "Ayaks"ında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı danimarkalı yarımmüdafiəçinin ürəyindəki kardioverter-defibrillyator cihazı çıxarılmasa, keçid gerçəkləşəcək.

Eriksenin ürəyində hansısa cihaz qalsa, o, Amsterdam təmsilçisinə qayıtmağı düşünəcək.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb.  Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Əlavə edək ki, o, 2010 - 2013-cü illər aralığında "Ayaks"ın şərəfini qoruyub.