PSV klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Erediviziya təmsilçisi “Çelsi”dən Marko van Ginkeli rənglərinə bağlayıb.

28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2013-cü ildən “Çelsi”də çıxış edən futbolçu ötən mövsümü icarə əsasında PSV-də keçirib.