İdman Arbitraj Məhkəməsi (CAS) “Ayaks” klubunun qapıçısı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib.
Offsideplus.az xəbər verir ki, fevralın 5-də dopinqə görə 1 illik diskvalifikasiya olunmuş kamerunlu qolkiperin cəza müddəti 9 aya endirilib.
Qolkiperin həyat yoldaşına aid olan dərmanı bilmədən istifadə etdiyi diqqətə çatdırılıb. Beləliklə, yeni qərara əsasən, 25 yaşlı qapıçının cəzası bu ilin 3 noyabrında başa çatacaq.