Azərbaycanın U-21 millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Telstar" 2-ci Liqanın 34-cü turunda növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, "Ekselsior"la oyun 1:1 hesabı ilə başa çatıb. 23 yaşlı yarımmüdafiəçi görüşün 38-ci dəqiqəsində fərqlənərək "Telstar"da ilk qolunu vurub.
Qeyd edək ki, "Sabah" Kökçünü "Telstar"a bu mövsümün sonunadək icarəyə verilib.