"Qroningen"in futbolçusu Aryen Robben 175 gündən sonra ilk dəfə meydana çıxıb.
Offsideplus.az xəbər verir ki, Niderland Erediviziyasının 29-cu turunda "Qroningen" - "Herenven" matçı baş tutub. 6 aylıq zədədən qayıdan 37 yaşlı yarımmüdafiəçi görüşün 78-ci dəqiqəsində meydana çıxıb. Buna baxmayaraq, komandası 0:2 hesabı ilə rəqibə uduzub.
Qeyd edək ki, 2009-2019-cu illərdə "Bavariya"nın şərəfini qorumuş Aryen Robben ötən ilin yayında karyerasını başlatdığı "Qroningen"ə qayıtmışdı.