Məşhur türkiyəli iş adamı, Niderlandın "Fortuna Sittard" klubunun sahibi Acun İlicalı komandaya yeni baş məşqçi gətirməyə hazırlaşır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, biznesmen, ötən mövsüm "Başakşəhər"lə Türkiyə Super Liqasında çempionluq yaşayan Okan Buruku bu posta gətirmək istəyir.
Tərəflər arasında ikinci dəfə danışıqların baş tutduğu bildirilir.
47 yaşlı mütəxəssislə "Fənərbağça" rəhbərliyi də yaxından maraqlanır.
Qeyd edək ki, "Fortuna Sittard" hazırda 31 xalla Erediviziyanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.