Niderland millisinin sabiq futbolçusu Ruud van Nistelroyun yeni iş yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, keçmiş hücumçu yeni mövsümdə PSV klubunun U-21 komandasına baş məşqçilik edəcək. Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Real”, “Hamburq”, “Malaqa”, PSV kimi klublarda çıxış edən Nistelroy, son olaraq Niderland yığmasında köməkçi məşqçi kimi çalışırdı.