“Ayaks”ın həbs olunan futbolçusu Kvinsi Promes sərbəst buraxılıb.
Offsideplus.az xəbər verir ki, qonaqlıq zamanı qohumlarından birinə bıçaq zərbəsi endirməkdə ittiham olunan 28 yaşlı hücumçunun işi üzrə istintaq prosesi davam etdiriləcək.
Qeyd edək ki, niderlandlı futbolçu dekabrın 13-də həbs edilib. Ona 4 illik həbs cəzası verilə bilər.