"Bavariya" və "Borussiya Dortmund"un sabiq futbolçusu Mario Götzenin yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Erediviziya təmsilçisi PSV alman futbolçunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı paylaşım edib.
28 yaşlı Götze Niderland Erediviziyası klubu ilə iki illik müqavilə imzalayıb.
Xatırladaq ki, "Dortmund" klubundan ayrılan Götze azad agent statusu daşıyırdı. Oyunçu ilə "Herta", "Milan", "Latsio", "Roma" və "Atletiko Madrid" kimi klublar maraqlanırdı.