“Fortuna Sittard” Acun İlıcalıdan sonra sosial şəbəkələrdə məşhurlaşıb.
Offsideplus.az xəbər verir ki, Niderland təmsilçisi sosial şəbəkələrdə ən çox reaksiya alan klublar arasında yer alıb.
KPMG araşdırma şirkəti son bir ayda sosial şəbəkələrdə ən çox reaksiya alan klubları araşdırıb. Erediviziyada çıxış edən “Fortuna Sittard” klubu siyahının zirvəsində yer alıb. Belə ki, Acun İlıcalının klubu “Facebook”, “İnstagram”, “Twitter” və “Youtube” sosial şəbəkələrində 160,3% artım ilə ən çox reaksiya alan klub olub.
Növbəti pillələrdə müvafiq olaraq “Lids Yunayted” (16,8%), “Şeffild Yunayted” (15,7%), “Fluminense” (11,5%) və Super Liqa çempionu “Başakşehir” (10,4%) qərarlaşıb.