Niderlandın "Fortuna Sittard" klubunun səhmlərinin bir hissəsini alaraq, komandanın ikinci böyük ortağı olan məşhur türkiyəli aparıcı Acun İlıcalı islahatlara başlayır.

Offsideplus.az xəbər verir ki, iş adamı klubun idman direktoru vəzifəsinə Merthan Açılı gətirəcək.

Son olaraq Türkiyənin "Ərzurumspor" klubunda forma geyinən və futbolçu karyerasını bitirən 38 yaşlı Açılın növbəti mövsümdən etibarən Acunun komandasında işləyəcəyi bildirilir.

Qeyd edək ki, "Fortuna Sittard" Niderlandın əsas futbol çempionatı olan Erediviziyada çıxış edir.