Məşhur türkiyəli aparıcı və iş adamı Acun İlicalının bir müddət əvvəl "Fənərbağça" klubunun prezidenti olacağı barədə xəbərlər yayılmışdı.

Offsideplus.az xəbər verir ki, bu barədə açıqlama verən Acun isə Türkiyədə deyil, Avropa ölkələrindən birində klub almağı düşündüyünü bildirmişdi.

Türkiyə mətbuatında bu klubun Niderland Erediviziyasında çıxış edən "Fortuna Sittard" olduğu iddia edilib.

Məsələ ilə bağlı daha bir türkiyəli iş adamı, Niderland klubunun sahibi İşıtan Gün açıqlama verib. O bildirib ki, bu barədə informasiyası yoxdur:

"Bu doğru deyil. Bu məsələ ilə bağlı mənə müraciət edilməyib"