Niderlandda futbol oyunları sentyabrın 1-dək dayandırılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte məlumat verib. O, matçlarla yanaşı, bütün kütləvi tədbirlərin sentyabrın 1-i kimi keçirlməyəcəyini bildirilib.

M.Rutte bu qərarı koronavirusun yayılmasının qarşısını almaq məqsədilə verdiklərini bildirib.

Qeyd edək ki, daha əvvəl Niderland  Futbol Federasiyası 19 iyunda çempionatın qaldığı yerdən davam edəcəyini bildirmişdi. Plana əsasən, bir qrup klublar mayın 15-də məşqlərə başlayacaqlar. Daha sonra bütün komandalar mayın 29-da məşq proseslərini bərpa edəcəkdilər. Bu reallaşsaydı, Avropada çempionatını bərpa edən ilk ölkə Niderland olacaqdı.