Niderland Erediviziyasının bərpa olunmaq tarixi bəlli olunub.

Offsideplus.az xəbər verir ki, Futbol Federasiyası 19 iyunda çempionatın qaldığı yerdən davam edəcəyini bildirib. 

Ölkənin bir sıra nəhəng klubları - "Ayaks", PSV və "Az Alkmar" liqanın başa çatdırılmasına qarşı çıxıb.  Bu səbəbdən də federasiya turniri qaldığı yerdən davam etdirməyə qərar verib.

Planan əsasən bir qrup klublar mayın 15-də məşqlərə başlayacaqlar. Daha sonra bütün komandalar mayın 29-da məşq proseslərini bərpa edəcəklər. İyunun 19-da isə çempionat start götürəcək.

Qeyd edək ki, Avropa çempionatının bərpasını ilk ölkə Niderland oldu.