Hollandiyanın PSV klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanı Rocer Şmidt çalışdıracaq.

52 yaşlı mütəxəssis yeni mövsümdən PSV-ni çalışdıracaq. Şmidtin niderlandlılarla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, PSV-ni hazırda Ernest Feber çalışdırır. Eyndhoven təmsilçisi Erediviziyada 4-cü sıradadır.