"Ayaks"ın kapitanı Mateys de Liqt Turin "Yuventus"una transferin bir addımlığındadır.

Offsideplus.az "Sky Sport Italy" nəşrinə istinadən xəbər verir ki, Niderland klubu 19 yaşlı futbolçuya görə 75 mln. avro əldə edəcək.

Daha əvvəl İtaliya klubu ilə futbolçu arasında şəxsi müqavilə ilə bağlı razılaşmanın əldə olunması barədə razılığa gəlindiyi barədə məlumat verildiyini nəzərə alsaq, transferlə bağlı rəsmi açıqlamanın artıq bu həftə baş tutacağı gözlənilir. Hazırda De Liqtin tibbi müayindən keçməsi qalıb.

Onun yeni komandada 4 nömrə altında çıxış etmək istədiyi bildirilir.