DÇ-2022-nin rəmzi komandası müəyyənləşib.
Offsideplus.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) saytına istinadən xəbər verir ki, "11-lik"də finalçılar Argentina və Fransa, eləcə də Mərakeş millisindən 3, bürünc mükafatçı Xorvatiya yığmasından 2 oyunçu yer alıb.
Qapıçı: Emiliano Martines (Argentina)
Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Ernandes (Fransa)
Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa)
Hücumçular: Lionel Messi, Julian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa)