DÇ-2022-nin 2-ci turu çərçivəsində bu gün Tunislə baş tutan oyun Avstraliya millisi üçün əlamətdarlığı ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, "kenqurular" rəqibinə 1:0 hesabı ilə qalib gəldiyi oyun -  Avstraliya yığmasının mundiallarda 12 il sonra reallaşan ilk qələbəsi olub. Belə ki, sözügedən milli sonuncu dəfə DÇ-2010-un qrup mərhələsinin 3-cü turunda Serbiyadan (2:1) üstün olub. 

Bundan sonra baş tutan dünya çempionatlarının ardıcıl 7 görüşündə qələbə üzünə həsrət qalan Avstraliya yığması 6 dəfə məğlub olub və 1 dəfə heç-heçə ilə yadda qalıb.