Avstraliya yığmasının futbolçusu Mitçell Dyuk Qətərdə keçirilən dünya çempionatının tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, Tunisə qarşı D qrupunun 2-ci tur matçında 31 yaşlı oyunçu komandasına minimal hesablı qalibiyyət gətirən qola imza atıb. Bu nəticə ilə də aşağı liqa klubunda oynayıb mundialda qol vuran ilk futbolçu kimi tarixə düşməyi bacarıb.
Qeyd edək ki, Mitçell Dyuk Yaponiyanın 2-ci Liqa təmsilçisi "Facano Okayama"da çıxış edir.