FİFA İsveçrə millisinin iki futbolçusu – Qranit Caka və Cerdan Şakirini siyasi jestlərinə görə iki oyunluq cəzalandıra bilər.

Offsideplus.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb. Hər iki futbolçu DÇ-2018-in Serbiya ilə matçında (2:1) Albaniyanın simvolu olan qartal jesti göstəriblər.

FİFA-nın intizam qaydası bu tipli hərəkətləri təxribat hesab edir və 5 min avrodan 2 matça kimi cəza nəzərdə tutur. Beynəlxalq futbol qurumu qərar verməzdən öncə şahidlər və eksertlərin rəyini öyrənəcək. Əgər həqiqətən də bu jest təxribat hesab olunsa, o halda cəza veriləcək.

Xatırladaq ki, artıq hər iki futbolçu barəsində intizam işi açılıb.(qol.az)