Dünən keçirilən Serbiya - İsveçrə (1:2) oyununda maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, İsveçrə millisinin futbolçuları - Qranit Xaka və Xerdan Şakiri vurduğu qoldan sonra "Albaniya qartalı" işarəsini göstəriblər. Alban kökənli olan hər iki futbolçunun bu hərəkəti serb azarkeşlərin qəzəbinə səbəb olub. 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqil olan, ancaq bu ölkənin tanımadığı Kosovoda dünyaya göz açan Şakiri bunu sadəcə qol sevincindən etdiyini bildirib:

"Nə etdiyimi gördünüz. Bsadəcə vurduğum qoldan sonrakı sevincdən qaynaqlanıb. Qol vurduğum üçün çox xoşbəxtəm. İndi bu məsələ barədə danışmaq istəmirəm".

Digər bir tərəfdən isə futbolçunun dünənki oyuna butsunun birinin üzərində İsveçrə, digərində isə Kosovo bayrağı ilə çıxması da diqqətlərdən yayınmayıb. Bu isə bir çoxlarında suallar yaradıb. Əgər o, Kosovonu belə sevirdisə, nə üçün bu ölkənin millisindən imtina edib? 

fotka

Bunlara rəğmən İsveçrə millisinin kapitanı Stefan Lixştayner komanda yoldaşlarına dəstək verib:

"Ölkəmizdə xeyli sayda alban var. Məncə bunu böyütmək lazım deyil. Əla qol sevinci idi. Niyə də etməsinlər ki?".