Dünyaçempionatında bu gün daha 3 oyun keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, ilk olaraq C qrupunda ikinci turun matçları oynanılacaq.

Əvvəlcə meydana Danimarka və Avstraliya yığmaları çıxacaq. Skandinaviya təmsilçisi ilk görüşündə Peru üzərində 1:0 hesablı qələbə qazanıb. Avstraliya isə Fransaya uduzduğundan bugünkü matçda mütləq qələbə qazanmalıdır. Əks halda, komanda pley-off şansını itirmiş olacaq.

DÇ-2018

21 iyun

II tur

C qrupu

 

16:00. Danimarka - Avstraliya 1:1

Qollar: Kristian Eriksen, 7 (1:0), Mayl Yedinak, 38-pen (1:1)

Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)

Samara, "Samara Arena"