Dünya çempionatının 7-ci matçında Cənubi Amerika təmsilçisi Peru ilə Avropanın dəyərli komandalarından olan Danimarka qarşılaşacaq.
Avstraliyanın Fransaya məğlub olmasından sonra bu oyunun əhəmiyyəti hər iki komanda üçüb birə-beş artdı. Bu oyundan qazanılacaq xallar hər iki tərəf üçün də qrupdan çıxmaq şanslarını artıracaq.
Danimarkanın son rəsmi oyunu olan seçmə mərhələnin “play-off”unda İrlandiya ilə oyunda göstərilən performans və 5:1 hesablı qələbə onların gücündən xəbər verir. Həm əks hücumları, həm də set oyununu ustalıqla oynayan Danimarka millisi dözümlülük baxımından Dünya Çempionatının ən yaxşı durumda olan komandalarındandır. Age Hareide başçılığındakı komanda şimal ölkələrinin oyun tərzindən çıxıb, daha baxımlı futbol tərzinə keçməyi üstün tutublar. Yüksək pas keyfiyyətinə malik komandanın beyni olaraq göstərilən Eriksendən həm danimarkalı azarkeşlər, həm də skautlar gözəl oyun gözləyirlər. Onun meydandakı hücumların idarə etməsi və hücumların tempini müəyyən etməsi oyunun nəticəsinə birbaşa təsir edə bilər. Qapıçı “bala” Şmeyxel təcrübəsinin hesabına komandasına kömək etməyi bacarır. Son 15 matçda qapısında cəmi 7 qol görən Şmeyxelin qarşısındakı müdafiə xəttinə də təşəkkür etməsi lazımdır. Larsen, Kyaer, Kristensen və Dalsqaard 4-lüsü artıq bir-birini yaxşı səviyyədə başa düşən müdafiə xəttlərindən biridir. Çox geniş sahədən istifadə edən Danimarkanın hücumdakı oyunçuları da yetəri qədər komandalarına xeyir verə biləcək gücdədirlər. Son 15 matç və 27 qol. Danimarkanın əsas silahları isə Eriksen, Sisto və Poulsen 3-lüsü olacaq. Dünya skautlarının da diqqəti məhz Danimarkanın üzərində olacaq.
Peru yığması isə sürpriz şəkildə Dünya Çempionatına qatılaraq diqqətləri üzərinə çəkdi. Tipik cənubi amerika futbolu sərgiləyən Peru yığmasının aparıcı oyunçuları isə 2 təcrübəli futbolçudur. Paolo Gereyro və Farfan. Bu ikiliyə Uotfordun cinah yarımmüdafiəçisi Karilyo da qatıldıqda ortaya pozitiv oyun çıxır. Lakin bloklar arasında çox boşluqlar buraxan komanda sürətli hücumlarla rəqibləri gözləmədiyi anda cəzalandırmağı bacarır. Özündən heyət baxımından güclü olan rəqiblərlə maraqlı oyun oynayan Peru yığması bu turnirin sürpriz və diqqətlə izlənməli komandalarından biridir. Komanda son 15 oyunda qarşılaşdığı Argentina, Uruqvay, Çili, İslandiya, Kolumbiya, Xorvatiya kimi komandalara məğlub olmayıb və bu 15 oyunda 9 qələbə, 5 heç-heçə və 1 məğlubiyyət alıb.
Bayaq da qeyd etdiyimiz kimi skautların ən çox oyunçu tapacaqları oyunlardan biri olacaq oyunda bol qollu, bol qol epizodlu oyun olacağını gözləyirik. Hər kəsin bu oyuna diqqətlə baxmağını tövsiyyə edirik. Çünki ən maraqlı oyunlardan biri olacağını əminliklə deyə bilərik. Oyunun favoritini müəyyən etmək çətindir, amma oynadığı rəqibləri nəzərə alsaq cüzi də olsa Peru yığmasının üstünlüyü olduğunu qeyd etməliyik.
Rüstəm RÜSTƏMLİ