Dünya çempionatının 3-cü günündə hamımızı çox sıx qrafik gözləyir.

Bu gün Rusiyada nə az nə çox, tam 4 oyuna şahidlik edəcəyik. İlk oyun isə Dünya Çempionatının favoritlərindən olan Fransa ilə Avstraliya millisi aralarında keçiriləcək. Qisa olaraq komandaların son vəziyyətlərinə baxaq.

Fransa millisi yenilənmiş heyətlə son Avropa Çempionatında final oynayaraq fransız azarkeşləri sevindirə bilmişdi. Düzdür, finalda Portuqaliya millisinə məğlub olsalar da, bütün futbol aləmi bilirdi ki, bu yeni nəsil çox böyük nəticələr qazana biləcək nəsildir. Fransanın təxmini 25-30 nəfərlik milli komanda “hovuz”unda elə yüksək seviyyəli futbolçular var ki, onlar içində 23 nəfərlik heyət yetəri qədər güclü və gənc heyətdir. Demək olar bütün futbolçular oynadıqları klublarda aparıcı oyunçulardır. Son zamanlarda astronomik transfer məbləğləri ödənilən Mbappe, Dembele kimi gənc və məşhur futbolçular Fransa heyətində yer alıb. Ümumi 23 nəfərlik heyətin dəyəri isə 1.08 milyard avrodur.

Bütün bu məlumatlar, üstünlüklər isə oynamadan kubok qazanmağa şərait yaratmır. Komanda 4-3-3 taktiki sxemi ilə meydana çıxır və oyunun böyük bir hissəsini meydanın rəqibə aid olan hissəsində oynayır. Birə-birdə, pressinqdə, pas sayında, qaçış məsafələrində və s. komponentlərdə Avstraliyadan üstün olan Fransa millisi qol epizodu yaratmaqda və qol vurmaqda çətinlik çəkmir. Hücumlar zamanı meydanın enindən maksimum istifadə edən fransız oyunçular, bacardıqları qədər hüum zamanı rəqiblə birə-bir epizodda qalmağa çalışırlar. Müdafiənin mərkəzində oynayan Varan və Umtiti isə 32 komandanın arxa ikililəri  arasında ən sürətli mərkəz müdafiəçilərdir. Ona görə də əksər əks hücumları Varan və Umtiti kəsir. Komanda yoldaşlarını sığortalama qabiliyyəti üstün olan bir nəfər də var ki, dözümlülüyü və top qazanma qabiliyyəti çox yuxarı səviyyələrdədir. Onun adi isə Ngolo Kantedir. Həm hücumda, həm müdafiədə düzgün qərarlarə ilə bütün komanda yoldaşlarından seçilən Kante, boyunun az olmasına baxmayaraq, hava toplarında da lazımi qədər yaxşıdır. Orta 3-lüdə Poqba və Matuidinin də olması orta sahəsini pressinq gücünü artırır. Əsas hücum işini isə Mbappe və Qrizman, oyuna girdikdə isə Dembele, Fekir görür. Ən əsası baxımlı və hücum futbolu nümayiş etdirən Fransa millisi, bu ilin mart ayından başlayaraq yoldaşlıq 6 yoldaşlıq matçı keçirib və 11 qol vurub. Ən maraqlı nüans da odur ki, bu 6 oyunun 5-ində qapısından top buraxıb.

Avstraliya millisi isə Dünya Çempionatının maraqlı komandalarında biridir. Qatıldıqları illərdə heç bir yaxşı nəticə göstərə bilməyən “kenqurular” yenə tipik britaniya futbolu oynamaqdan əl çəkmirlər. Yeganə üstünlük isə Holland mütəxəssis Bert van Marvaykın bu komandanın məşqçisi olmasıdır. 2010-da Hollandiyaya final oynadan van Marvayk, bu il Səudiyyə Ərəbistanına da Dünya Çempionatı vəsiqəsi qazandırıb. 4-2-3-1 sxemindən istifadə edən “kenqurular” son 2 yoldaşlıq matçında Çexiyanı 4-0, Macarıstanı 2-1 hesabı ilə məğlub ediblər. Fransa qarşısında əsas üstünlükləri ilə ən az fransızlar qədər fiziki mübarizəyə girməkləri olacaq. Çünki sərt futbolu sevən bir komanda olan Avstraliyanın ən böyük silahı yaradıcı oyunçu Rogiç və qocalmaq bilməyən Tim Keyhil olacaq. Sağ və sol cinahlarda sürətli 2 nəfərdən, Lekki və Kruseden yararlanan Bert van Marvaykın kapitan təyin etdiyi təcrübəli Milan Yedinak isə əsas heyətə düşməkdə çətinlik çəkir. “Kenquru”ların əsas qol ümidi isə standart zərbələr olacaq. Hündürboylu müdafiəçilərdən istifadə edən avtraliyalıların fransızlar qarşısında şansı çox azdır.

İlk 15-20 dəqiqədə Fransanın vura biləcəyi 1 və ya 2 qol hesabın çox böyüməsinə gətirib çıxara bilər. Oyunda Fransızların böyükhesablı qələbəsi sürpriz sayılmayacaq. Lakin oyunun saat 14:00-da olması, oyunçuların orqanizmi baxımından performanlarına təsir edə bilər. Didye Deşamın da arzusu zədəsiz və cəzasız oyunu 3 xalla bitirməkdi. Görək Deşam həm futbolçu həm də məşqçi kimi Dünya kubokunu qazana biləcəkmi?

 Didye Deşamın arzusu isə, özünün 1998-ci ilə qazandığı kuboku bu dəfə məşqçi olaraq qazanmaqdır.

Mário Jorge Lobo Zagallo (d. 9 Ağustos 1931), Brezilyalı teknik direktör ve eski futbolcudur. FIFA Dünya Kupası hem oyuncu (1958, 1962), hem teknik direktör (1970), hem de teknik direktör yardımcısı (1994) olarak kazanan ilk futbolcudur.

Rüstəm RÜSTƏMLİ