Xavier Maskerano Neymarın "İnter Mayami"yə transfer edilmə ehtimalından danışıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi maaş məsələsinin problem olduğunu, bu səbəbdən də braziliyalı ilə maraqlanmadıqlarını bildirib:
"Neymarı transfer etmək istəmirik. Bu, əlimizdə olan bir şey deyil. O, əla oyunçudur. Dünyanın bütün məşqçiləri Neymarı istəyər. Lakin onun transfer edilməsi mümkün deyil. Çünki MLS-in müəyyən maaş limiti var. Buna uyğun davranmalıyıq".
Qeyd edək ki, "Əl-Hilal"da çıxış edən Neymar uzun müddət idi ki, zədədən əziyyət çəkirdi. O, bu mövsüm cəmi 2 matçda meydana çıxıb.