Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsindən azad edilib.
Offsideplus.az Səudiyyə Ərəbistanı yığma komandasının mətbuat xidmətinə istinad edərək bu barədə məlumat verir.
Bildirilir ki, onun gedişi uğursuz çıxışından və futbolçular arasında ünsiyyət qura bilməməsindən qaynaqlanır.
Xatırladaq ki, sözügedən mütəxəssis 2023-cü ilin avqust ayından millinin uğurları üçün çalışıb.