Türkiyənin 1-ci liqasında 10-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Adanaspor”un qonağı olub.

Diniyev 0:1 hesabıyla uduzduqları bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.

“Ümraniyəspor” hazırda 8 xalla 15-ci pillədə qərarlaşıb.