"Rəqabətin önəmli olduğuna inanıram. Buna görə də Səudiyyə Ərəbistanı Liqasına transfer olundum".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Əl Hilal"ın hücumçusu Neymar söyləyib. O, ərəb çempionatına futbolçu axınının Ronaldo ilə start götürdüyünü deyib:

"Kristiano Ronaldo buna başladı. Hər kəs ona "dəli" deyirdi, amma bu gün liqanın addım-addım böyüdüyünü görürsünüz", Neymar bildirib.