Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında yeni mövsümün ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, rəqib “Kxonnken Yunayted” olub. Matç 0:0 hesabı ilə başa çatıb. R.Şeydayev start heyətdə meydana daxil olub və sonadək mübarizə aparıb.
Xatırladaq ki, bu yay "Qarabağ"dan ayrılan Ramil Şeydayev "Buriram Yunayted"lə 2 illik müqavilə bağlayıb.