Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Tedjon Xana Sitizen” Cənubi Koreya çempionatının 6-cı turu çərçivəsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, yığmamızın müdafiəçisi “Suvon”la keçirilən səfər matçında start "11-lik"də meydana çıxıb.
25 yaşlı futbolçu 76-cı dəqiqədə, hesab 3:3 olarkən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra iki qol buraxan “Tedjon Xana Sitizen” 3:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Krivotsyukun komandası hazırda 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.