Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, komanda İqor Bişçana tapşırılıb.

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Hazırda Xorvatiyanın U-21 yığmasını da çalışdıran 45 yaşlı mütəxəssis uzun müddət "Dinamo"da oynayıb. O, klub tarixinin ən çox kubok qazanan futbolçularından biri olub.