İspaniya yığmasının yeni kapitanı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "matadorlar"da kapitanlıq bazübəndini Alvaro Morata qoluna taxacaq. 

Qeyd edək ki, Alvaro Morata 2014-cü ilin noyabr ayından İspaniya millisinin şərəfini qoruyur. "Atletiko"nun 30 yaşlı forvardı yığmanın heyətində meydana çıxdığı 61 matçda 30 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.