"Turan Tovuz" klubunun baş məşqçisi Ayxan Abbasov Antalya toplanışında bu gün Qazaxıstanın "Jetısu" komandasına 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra fikirlərini böülüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis PFL-in rəsmi yutub kanalına açıqlamasında mövsümün ikinci yarısına tam hazır olmadıqlarını.deyib.
"Kiçik zədələrdən sonra oyunlarda ağırlıq hiss olunurdu. İnanıram ki, çempionatdakı iki turdan sonra hər şey qaydasına düşəcək. Adətən fasilədən sonra ilk matçlar çətin olur. Komandada rəqabət var. Bu, bizi sevindirir. Getdikcə daha yaxşı oynayacağıq".
O, qeyd edib ki, futbolçuların yenidən əvvəlki tempə öyrəşmələrinə çalışıblar: "İlk yoxlama matçımız çətin keçdi. Bəzi futbolçulara bir az çox istirahət vermişdik. İlk maçda oynamadılar. Amma vaxt keçdikcə istədiyimiz tempə çata bildik. Bu gün bəzi oyunçularımız 90 dəqiqə meydanda qaldı. Bu da normaldır. Gələn həftə bizi "Qarabağ"la ağır oyun gözləyir. Digər oyunçularımızı dünən ikitərəfli matçda sınamışdıq. Yalnız Cavid Tağıyevin yüngül zədəsi var. Ümumi götürsək, futbolçularımızdan istədiyimiz nəticələri ala bildik".