Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" ilk yoxlama matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz İsveçrənin "Aarau" klubunu 1:0 hesabı ilə məğlub edib. Qərblilərin baş məşqçisi Ayxan Abbasov "CBC Sport" kanalına açıqlama verib:
"Hər şey plan üzrə gedir. İkinci yoldaşlıq oyunumuzu keçirdik. Siyanda, Henri Oqebukvu və Cavid Tağıyevin durumu bizi bir az üzür. Ümid edirəm ki, üçüncü matçda onlardan da istifadə edəcəyik. Çempionatın ikinci yarısına tam hazır olmaq istəyirik. "Aarau"ya qarşı yaxşı mübarizəli oyun getdi. İmeda Aşortiya ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Onun yerinə dərhal Denisi transfer etdik. Müdafiənin cinahlarında yeni oyunçuya ehtiyacımız var idi. Çox istərdik ki, bir futbolçu da transfer edək. Rəhbərliklə bu barədə danışırıq. Hücumçu istəyirik. Amma hələ bəyəndiyimiz oyunçu yoxdur".