"Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdırmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə almaniyalı mütəxəssisin agenti Mark Kosike məlumat verib. O, Kloppun adının Almaniya millisi ilə hallanması ilə bağlı bu sözləri deyib:
"Bu, sadəcə mediada müzakirədir. Yurgenin "Liverpul"la 2026-cı ilə qədər müqaviləsi var və o, klubda qalmaq niyyətindədir".