İsveçrə çempionatında 16-cı turun oyunları davam edir.

Offsideplus.az.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” öz meydanında “Bazel”lə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib. 

Millimizin üzvü bu oyunda ilk dəqiqələrdən meydanda olub və 67-ci dəqiqədə əvəzlənib. O, 34-cü dəqiqədə komandasının yeganə qolunu vurub. Bununla da 23 yaşlı oyunçu bu mövsüm İsveçrə çempionatında 4-cü qoluna imza atmış olub.

 

Qeyd edək ki, “Qrasshopper” hazırda 20 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.