Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında 10-cu tur oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi "Lokomotiva"nın qonağı olacaq.

Matç Bakı vaxtı ilə saat 19:15-də başlayacaq. Artıq görüşün start heyətləri açıqlanıb. Mahirin adı ehtiyat oyunçular sırasındadır.